Çita sakini qanunsuz yolla MDB-dən olan 400-dən çox şəxsi miqrasiya qeydiyyatına salıb

Çita sakini qanunsuz yolla MDB-dən olan 400-dən çox şəxsi miqrasiya qeydiyyatına salıb Onların arasında Azərbaycan vətəndaşları da var
Region
6 May , 2016 11:16
Çita sakini qanunsuz yolla MDB-dən olan 400-dən çox şəxsi miqrasiya qeydiyyatına salıb

Bakı. 6 may. REPORT.AZ/ Çita sakini Əbdüləhəd Muloyev 2013-cü ilin yanvarından 2014-cü ilin may ayına qədər olan müddətdə qanunsuz yolla MDB-dən olan 400-dən çox şəxsi miqrasiya qeydiyyatına salıb. Onların arasında Azərbaycan vətəndaşları da var.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin Zabaykalsk İdarəsinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, Ə.Muloyev müəyyən mükafatlar qarşılığında guya əcnəbilərə ev kirayə verən kirayəçi olmasıyla bağlı 31 saxta müqavilə hazırlayıb və bu sənədlər əsasında o, Tacikistan, Özbəkistan, Qırğızıstan, Ermənistan və Azərbaycandan 418 nəfərin miqrasiya qeydiyyatına düşməsini təmin edib.

Çita məhkəməsi Ə.Muloyevə "xidmətlərinə" görə aldığı mükafatların 100 qatı mislində pul cəriməsi kəsib.

Son xəbərlər

Orphus sistemi