​Çinlə Ermənistan yeni AES-in tikintisi ilə bağlı danışıqlar aparır

​Çinlə Ermənistan yeni AES-in tikintisi ilə bağlı danışıqlar aparır Bunun üçün Ermənistan sərmayədar axtarır
Region
13 May , 2015 15:53
​Çinlə Ermənistan yeni AES-in tikintisi ilə bağlı danışıqlar aparır

Bakı. 13 may. REPORT.AZ/ Ermənistanla Çin yeni Atom Elektrik Stansiyasının (AES) tikintisinə dair danışıqları davam etdirir. "Report" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın energetika və təbii ehtiyatlar naziri Yervand Zaxaryan deyib.

Onun sözlərinə görə, Çinin Milli Nüvə Şirkəti ilə yeni atom enerji blokunun tikintisinə daha çox sərmayədar cəlb edilməsi istiqamətində müzakirələr aparılır: "Nazirliyimiz tikintinin 2018-ci ildən gec başlamaması üçün sərmayədar tapmağı vaxtında başa çatdırmağa çalışır".

Qeyd edək ki, Metsamor AES-in təmiri üçün Rusiya Ermənistana 270 milyon dollar kredit, 30 milyon dollar qrant ayırıb. Təmir işləri 2017-ci ildə başlamalıdır. Həmin stansiyanın 2026-cı ilədək istismarına bu işlərin yardım edəcəyi nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi