Yuxarı

Çinin dövlət başçısı son 10 ildə ilk dəfə İrana səfər edib

Bu, Si Tszinpinin Yaxın Şərq regionu üzrə turnesinin son mərhələsidir

Bakı. 23 yanvar. REPORT.AZ/ Çinin dövlət başçısı Si Tszinpin Yaxın Şərqlə iqtisadi əlaqələri gücləndirmək üçün Tehrana qısamüddətli işgüzar səfərə gəlib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu, Çin Xalq Respublikası sədrinin son 10 ildə İrana ilk səfəridir.

Qeyd edək ki, rəsmi Pekin İran neftinə milyard dollarlar sərf edir və Tehranın ən böyük ticarət tərəfdaşı sayılır.

Tehrana səfər Si Tszinpinin Yaxın Şərq regionu üzrə turnesinin son mərhələsidir. O, daha əvvəl Səudiyyə Ərəbistanı və Misirə səfər etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi