Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB

Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB Görüş təqribən iki saat davam edib
Region
3 Sentyabr , 2016 21:42
Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB

Bakı. 3 sentyabr. REPORT.AZ/ Çində G20 sammitində iştirak çərçivəsində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş başa çatıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, mətbuat üçün bağlı qapılar arxasında keçən görüş təqribən iki saat davam edib.

Dövlət başçıları görüşdən əvvəl jurnalistlər qarşısında çıxış ediblər.

***19:20

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Çində bir araya gəlib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, görüş Çində "G20" liderlər sammiti çərçivəsində keçirilir.

Dövlət başçıları görüşdən əvvəl jurnalistlər qarşısında çıxış ediblər.

Türkiyə prezidenti iki ölkə arasında çarter reyslərinin bərpa olunmasından danışıb:

"Burada bizim üçün Sankt-Peterburqda görüş zamanı başladığımız müzakirələri davam etdirmək, həmçinin çoxsaylı olduqca mühüm, gələcəyə hesablanmış siyasi, iqtisadi və regional məsələlər üzrə danışıqlar aparmaq imkanı yaranacaq", - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, tərəflər, həmçinin energetika sahəsində məsələlərə də toxunacaqlar:

"Əminəm ki, tərəfimizdən bu sahədə atılacaq addımlar, prosesi daha da sürətləndirəcək".

Son xəbərlər

Orphus sistemi