Çin-Qazaxıstan-Türkmənistan-İran dəmir yolu marşrutu üzrə sınaq reys həyata keçirilir

Çin-Qazaxıstan-Türkmənistan-İran dəmir yolu marşrutu üzrə sınaq reys həyata keçirilir Dörd ölkənin nəqliyyat-logistika infrastrukturunu sınaqdan keçirən yük qatarı artıq Türkmənistan ərazisinə çatıb
Region
11 Fevral , 2016 13:41
Çin-Qazaxıstan-Türkmənistan-İran dəmir yolu marşrutu üzrə sınaq reys həyata keçirilir

Bakı. 11 fevral. REPORT.AZ/ Dörd ölkənin - Çin, Qazaxıstan, Türkmənistan və İranın nəqliyyat-logistika infrastrukturunu sınaqdan keçirən yük qatarı artıq Türkmənistan ərazisinə çatıb.

"Report" "Turkmenistan.ru"ya istinadən xəbər verir ki, sınaq reys müntəzəm dəmir yolu daşınmaları və bu tranzit nəqliyyat layihəsinin iştirakçısı olan hər ölkədə logistika işlərinin qaydaya salınması üzrə proseslərin işlənib hazırlanması üçün nəzərdə tutulub.

Yanvarın sonunda Çin Xalq Respublikasının sənaye mərkəzindən, Çjetszyan əyalətinin şərqindəki İu şəhərindən yola çıxan yük qatarı Qazaxıstana qədər olan 4491 km-lik məsafəni 5 günə qət edib. Sonra qatar dörd günə 3417 km yol gedib Qazaxıstan ərazisindən çıxıb və Türkmənistanla sərhədə çatıb.

Bu transmilli marşrutun Türkmənistan hissəsi 1156 km təşkil edir və qatar bu məsafəni 2 günə qət etməlidir. Bundan sonra qatar təyinat nöqtəsinə - İranın paytaxtı Tehran şəhərinə çatacaq.

Beləliklə, Çin - Qazaxıstan - Türkmənistan - İran marşrutunun ümumi uzunluğu təxminən 10 min km təşkil edir və bu yolu təxminən iki həftəyə qət etmək olur. Bu isə transmilli marşrutun daşınmasına 25-30 sutkanın lazım gəldiyi dəniz yolundan iki dəfə sürətli olmasını göstərir.

Yeni magistral Xəzər regionunun, o cümlədən onun nəqliyyat, sənaye və sosial infrastrukturunun genişləndirilməsinin inkişafına güclü təkan verəcək.

Son xəbərlər

Orphus sistemi