Yuxarı
    Bağlamaq

    ​Çin prezidenti İrana rəsmi səfər edəcək

    Bu, onun İslam Respublikasına ilk səfəridir

    Bakı. 7 yanvar. REPORT.AZ/ Bu il yanvarın 23-də Çin Xalq Respublikasının sədri (rəhbəri) Si Tszinpin İrana rəsmi səfər edəcək.

    "Report" İran KİV-inə istinadən xəbər verir ki, bu haqda İslam Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.

    Məlumata görə, Çin liderini İran prezidenti Həsən Ruhani dəvət edib.

    Bu, Si Tszinpinin İrana ilk səfəridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi