Çin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik etməyə hazırdır

Çin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik etməyə hazırdır Çin XİN başçısı həmçinin Səudiyyə Ərəbistanı kralının Çinə planlaşdırılan səfərini müsbət qarşılayıb
Region
8 Mart , 2017 12:30
Çin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik etməyə hazırdır

Bakı. 8 mart. REPORT.AZ/ "Çin İranla Səudiyyə Ərəbistanı arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılması üçün vasitəçilik etməyə hazırdır". 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi keçirdiyi mətbuat konfransında bildirib.

"Biz ümüd edirik ki, Səudiyyə Ərəbistanı və İran aralarında olan fikir ayrılıqlarını bərabərhüquqlu dostluq əsasında aparılan məsləhətləşmələr vasitəsilə həll edə biləcəklər. Çin İran və Səudiyyə Ərəbistanının ortaq dostudur və ehtiyac yarandığı təqdirdə vasitəçilik rolunu oynamağa hazırdır", - deyə o qeyd edib. 

Çin XİN başçısı həmçinin Səudiyyə Ərəbistanı kralının Çinə planlaşdırılan səfərini müsbət qarşılayıb.

Son xəbərlər

Orphus sistemi