Yuxarı

Terrorçu ​Cihadi Conun silahdaşı ehtimal edilən şəxs Türkiyədə saxlanılıb

Şübhəli şəxs İstanbulda həbs edilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) tərəfində döyüşən ekstremist Məhəmməd Emvazinin (Cihadi Con ləqəbli) silahdaşı olduğu ehtimal edilən şəxs Türkiyədə saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyədəki rəsmi mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Onların məlumatlarına görə, Cihadi Con ilə əlaqədə şübhəli bilinən şəxs İstanbulda həbs olunub. Türkiyə xüsusi xidmət orqanlarının fikrincə, saxlanılan Eyn Lesli Devis İŞİD terrorçularının əsirliyində olan qərbli girovları mühafizə edən britaniya islamçıları qrupunun üzvüdür.

Bunadək BBC Suriyanın Ər-Rakka şəhərində ABŞ Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində girovların qətlində iştirak edən Emvazinin "böyük ehtimal" ilə məhv edildiyini məlumat vermişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi