“Çiçəklənən Ermənistan”ın deputatı partiyanın pullarını götürərək, ölkədən qaçıb

“Çiçəklənən Ermənistan”ın deputatı partiyanın pullarını götürərək, ölkədən qaçıb Onun özü ilə apardığı pul partiyanın regional strukturları üçün nəzərdə tutulubmuş
Region
29 Aprel , 2016 08:32
“Çiçəklənən Ermənistan”ın deputatı partiyanın pullarını götürərək, ölkədən qaçıb

Bakı. 29 aprel. REPORT.AZ/ "Çiçəklənən Ermənistan" Partiyasının aparıcı fiqurlarından biri, deputat Abram Manukyan 100 milyon erməni dramını (200 min dollardan çox) götürərək, ölkəni tərk edib.

"Report" xəbər verir ki, bu haqda "Aykakan jamanak" qəzeti yazıb.

Məlumata görə, deputatın Ermənistanda olmadığını köməkçisi də təsdiqləyib.

Onun özü ilə apardığı pul partiyanın regional strurkturları üçün nəzərdə tutulubmuş. Abram Manukyan əvvəllər bu sahəyə başçılıq edib.

Xəbərdə bildirilib ki, bu yaxınlarda bir neçə üzvü partiya sıralarını tərk edib. Abram Manukyan isə "Çiçəklənən Ermənistan"ın rəhbərliyində dəyişiklik etmək istəyirmiş.

Partiya rəhbərliyinin ona münasibəti heç də birmənalı olmayıb. Elə buna görə də o, maliyyə məsələlərinə və regionlarla əlaqəyə dair sahəyə nəzarətdən kənarlaşdırılıbmış.

Son xəbərlər

Orphus sistemi