Yuxarı
    Bağlamaq

    CHP Türkiyədə keçirilən referendumun nəticələrinin ləğv edilməsi üçün MSK-ya müraciət edib

    Partiya sədrinin müavini Erdal Aksüngər bununla bağlı ərizəni komossiyaya təqdim edib

    Bakı. 18 aprel. REPORT.AZ/ Türkiyənin əsas müxalifət təşkilatı sayılan Cümhuriyyət Xalq Partiyası (CHP) aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. 

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, partiya sədrinin müavini Erdal Aksüngər aprelin 18-də bununla bağlı ərizəni komissiyaya təqdim edib.

    Məlumata görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun referendumu müşahidə edən nümayəndə heyətinin üzvləri və başçısı Tana de Zulueta MSK-ya gediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi