Türkiyənin müxalifət lideri: "Mən yaxşıyam və hazırda etibarlı yerdəyəm" - YENİLƏNİB

Türkiyənin müxalifət lideri: "Mən yaxşıyam və hazırda etibarlı yerdəyəm" - YENİLƏNİB CHP lideri: "Təhlükəsizlik qüvvələri məni atışma olan ərazidən çıxartdı"
Region
25 Avqust , 2016 16:08
Türkiyənin müxalifət lideri: Mən yaxşıyam və hazırda etibarlı yerdəyəm - YENİLƏNİB

Bakı. 25 avqust. REPORT.AZ/ "Heç kim narahat olmasın, biz yaxşıyıq və hazırda etibarlı yerdəyik".

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu avtomobilinə atəş açıalndan sonra bildirib.

"Mənim heç bir problemim yoxdur. Təhlükəsizlik qüvvələri məni atışma olan ərazidən çıxartdı. Yol tikintisi idarəsinin binasındayam.Təhükəsizlik tədbirləri görülüb. Biz narahat deyilik. İnşallah, təhlükəsizlik qüvvələri üçün də bir problem olmaz. Yalnız onlardan narahatıq".

*** 15:20

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasını (CHP) sədri Kamal Kılıcdaroğlunun maşın karvanı atəşə tutulub. 

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, hadisə CHP liderinin də olduğu maşın karvanı Artvin əyalətinin Şavşat rayonundan Ardanuç rayonuna gedərkən Yanıklı kəndi yaxınlığında baş verib.

Məlumata görə, CHP lideri təyyarə ilə Qarsa uçaraq, oradan Artvindək tədbirlərdə iştirak etməyə gedirmiş. Hadisə də həmin vaxt baş verib.

K.Kılıcdaroğlunun mühafizəçiləri atəşə qarşılıqlı cavab verib. Bundan sonra təhlükəsizlik qüvvələri atəş açan naməlum şəxslərin tutulması istiqamətində əməliyyata başlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla Artvin valisinə zəng edib, hadisə haqqında məlumat alıb.

Son xəbərlər

Orphus sistemi