CHP liderinin avtomobilinə hücum nəticəsində yaralanan bir əsgər şəhid olub

CHP liderinin avtomobilinə hücum nəticəsində yaralanan bir əsgər şəhid olub Kamal Kılıcdaroğlu: "Bu cür hadisələrə görə mübarizəmizdən geri çəkilməmiz mümkün deyil"
Region
25 Avqust , 2016 17:54
CHP liderinin avtomobilinə hücum nəticəsində yaralanan bir əsgər şəhid olub

Bakı. 25 avqust. REPORT.AZ/ "Bir şəhidimizn olduğu xəbərini aldıq. Bu cür hadisələrə görə mübarizəmizdən geri çəkilməmiz mümkün deyil".

"Report" xəbər verir ki, bunu Cümhuriyytə Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu "Haberturk" televiziyasına müsahibəsində bildirib.

"Tədbirimizi təxirə salmayacağıq. Yeni tikilən bələdiyyə binasının açılışını edəcəyik. Daxili işlər naziri zəng etdi. Tədbirə helikopterlərlə gedəcəyik. Bir terror hücumuna məruz qaldıq. Kaş ölkəmizdə terror olmaya. Allahın verdiyi bir canımız var, o da məmləkətimizə fəda olsun. Bir şəhidimizn olduğu xəbərinin aldıq. Bu cür hadisələrdə geri çəkiləcəyimiz mümkün deyil. Prezident və baş nazir zəng etmişdi, təşəkkür etdim", -deyə K.Kılıcdaroğlu söyləyib.

Türkiyənin xarici işlər naziri Efkan Ala bildirib ki, CHP sədri Kamal Kılıcdaroğlunun avtomobilinə açılan atəş nəticəsində biri ağır olmaqla 3 hərbçi yaralanıb: "Kılıcdaroğlu ilə telefonla danışdım. 3 yaralımızın, böyük bir üzüntümüzün olduğunu söylədim. Təhlükəsiz maşınla onu istədiyi yerə aparcağımızı bildirdim".

E.Ala atəşi terrorçu PKK silahlısını açdığını söyləyib.

Son məlumatlara görə, CHP liderinin avtomobil karvanına hücum zamanı ağır yaralanan hərbçi şəhid olub.

Son xəbərlər

Orphus sistemi