Yuxarı

"Ceyş əl-Fəth" Rusiyanın Türkiyədəki səfirinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb

"Ceyş əl-Fəth" Rusiyanın Türkiyədəki səfirinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb
Daha əvvəl qatilin otağında terror təşkilatları haqqında kitablar aşkar edilib

Bakı. 21 dekabr. REPORT.AZ/ "Ceyş əl-Fəth" silahlı koalisiyası (əvvəllər Cebhat ən-Nüsrə) Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Türkiyədəki səfirini qətlə yetirən Mert Altıntaşın hoteldəki nömrəsində "Əl-Qaidə" terror qruplaşması və Fətullahçı Terror Təşkilatı haqqında kitablar aşkar edilməsi barədə məlumat yayılıb.

Xatırladaq ki, səfir Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışı zamanı güllələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi