Çexiya səfiri Rusiya XİN-ə çağırıldı

Çexiya səfiri Rusiya XİN-ə çağırıldı Çexiyanın Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Region
15 İyun , 2020 11:27
Çexiya səfiri Rusiya XİN-ə çağırıldı

Çexiyanın Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Bununla bağlı ətraflı məlumat hələlik verilmir.

Qeyd edək ki, aprelin sonunda Çexiyanın həftəlik “Respekt” qəzeti paytaxt Praqaya diplomatik pasportu olan bir rusiyalı kişinin gəldiyini bildirmişdi. Qəzetin məlumatına görə, həmin şəxsin Praqaya səfərinin məqsədi üç çexiyalı siyasətçini zəhərləmək olub. Belə ki, həmin siyasətçilərin sovet marşalı İvan Konevin abidəsinin dağıdılmasında və abidənin olduğu meydanın məşhur rusiyalı müxalifətçi, mərhum Boris Nemtsovun adına dəyişdirilməsində əli var.

Məlumata görə, Çexiyanın baş naziri Andrey Babiş hökumətin iki rusiyalı diplomatın ölkədən xaric edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bədniyyətli diplomat ətrafında yayılan məlumatları şayiə adlandırıb.  

Son xəbərlər

Orphus sistemi