Cənubi Koreya prezidenti 54 ildə ilk dəfə İrana səfər edəcək

Cənubi Koreya prezidenti 54 ildə ilk dəfə İrana səfər edəcək İki ölkə arasında diplomatik münasibət 1962-ci ildə qurulub
Region
18 Aprel , 2016 12:08
Cənubi Koreya prezidenti 54 ildə ilk dəfə İrana səfər edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Cənubi Koreyanın tarixində ilk dəfə ölkə prezidenti Pak Kın He İrana rəsmi səfər edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreya prezidentinin "Mavi ev" ("Çxonvade") adlı sarayının mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, səfər bu ilin mayın 1-də başlayacaq və 3-dək davam edəcək.

Səfər çərçivəsində Pak Kın He İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Görüşdə energetika, infrastruktur, səhiyyə sahələrinə və ətraf mühitin qorunmasına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibət 1962-ci ildə qurulub. Ötən müddət ərzində Cənubi Koreyanın prezidenti İrana rəsmi səfər etməyib. 

Son xəbərlər

Orphus sistemi