Yuxarı

​Cenevrədəki müzakirədə önəmli irəliləyiş əldə edilməyib

İranın nüvə proqramı ilə bağlı görüş fevralın əvvəlində keçiriləcək

Bakı. 19 yanvar. REPORT.AZ/ İranın nüvə proqramı üzrə "altılıq" ölkələri ilə rəsmi Tehranın təmsilçiləri arasında Cenevrədə keçirliən danışıqların növbəti mərhələsində önəmli irəliləyiş əldə edilməyib.

"Report" xarici informaslya vasitələrinə istinadən xəbər verir ki, bunu danışıqlarda iştirak edən Fransa nümayəndə heyətinin başçısı Nikolas de-River bildirib.

Müzakirələrdə iştirak edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov görüşün "faydalı" keçdiyini söyləyib.

Çin Xarici İşlər Nazirliyinin silahlanmaya nəzarət üzrə idarəsinin rəisi Ban Tsun isə deyib ki, növbəti görüşün fevralın əvvəlində keçirilməsi planlaşdırılıb. Danışıqların keçiriləcəyi yer isə razılaşdırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi