Yuxarı

​Cenevrədə Con Kerri ilə Məhəmməd Cavad Zərif görüşəcək

Fevralın 25-də isə İran və altılıq ölkələri təmsilçiləri İranın atom probleminə dair müzakirəyə başlayacaq

Bakı.19 fevral. REPORT.AZ/ İranın atom-nüvə problemi ilə bağlı Cenevrədə keçiriləcək müzakirələrin yeni raundunda ABŞ-ın dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də iştirak edəcək.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidentinin müavini və danışıqlarda ölkəsini təmsil edən nümayəndə heyətinin başçısı Abbas Arakçı bildirib.

Onun sözlərinə görə, fevralın 21-də İranın və "altılıq" ölkələri xarici işlər nazirlərinin müavinləri görüşəcək. Fevralın 22 və 23-də isə müzakirələrə C.Kerri və M.Zərif də qatılacaq.

A.Arakçi deyib ki, fevralın 25-də isə İran və "altılıq" ölkələri təmsilçiləri məsələyə dair müzakirəyə başlayacaq.

Xatırladaq ki, dünən İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfham görüş zamanı heç bir sənədin imzalamayacağını bildirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi