Cemilev: "Ukrayna və Türkiyə azad iqtisadi zona haqqında razılaşma imzalaya bilər"

Cemilev: "Ukrayna və Türkiyə azad iqtisadi zona haqqında razılaşma imzalaya bilər" Mustafa Cemilev Krım tatarları liderlərinin Türkiyəyə işgüzar səfərlərinin nəticələrini şərh edib
Region
19 Dekabr , 2015 11:36
Cemilev: Ukrayna və Türkiyə azad iqtisadi zona haqqında razılaşma imzalaya bilər

Bakı. 19 dekabr. REPORT.AZ/ Ukrayna və Türkiyə  azad iqtisadi zona haqqında razılaşma imzalaya bilər.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Krım tatarlarının işləri üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cemilev Krım tatarları liderlərinin Türkiyəyə işgüzar səfərlərinin nəticələrini şərh edərkən bildirib. 

Onun sözlərinə görə, Türkiyənin rəhbərliyi ilə görüş zamanı Ukrayna və Türkiyə arasında qarşılıqlı əlaqələrin inkişafı, o cümlədən bu ölkələrin rəhbərlərinin işgüzar səfərləri müzakirə olunub. 

"Əsasən Ukrayna və Türkiyə arasında azad iqtisadi zona haqqında razılaşmanın imzalanması ehtimalı müzakirə olunub. Yaxın zamanlarda, yanvar - fevralın əvvəllərində Türkiyənin baş naziri Ukraynaya səfər edəcək, daha sonra ehtimal ki, mart ayında Poroşenko Nakaraya yollanacaq. Bir sözlə, qarşılıqlı əlaqələrimizi inkişaf etdirəcəyik", – Mustafa Cemilev bildirib. 

Son xəbərlər

Orphus sistemi