Çelyabinskin keçmiş qubernatoru barəsində beynəlxalq axtarış elan olunub

Çelyabinskin keçmiş qubernatoru barəsində beynəlxalq axtarış elan olunub O, 400 min dollardan çox rüşvət almaqda şübhəli bilinir
Region
5 May , 2017 13:46
Çelyabinskin keçmiş qubernatoru barəsində beynəlxalq axtarış elan olunub
Tass.ru

Bakı. 5 may. REPORT.AZ/ Rusiyanın Çelyabinsk vilayətinin keçmiş qubernatoru Mixail Yureviç barəsində beynəlxalq axtarış elan olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu onun vəkili İqor Trunov bildirib.

Rusiya İstintaq Komitəsi onun qiyabi həbsini istəyir. Keçmiş qubernator 26 milyon rubl (442 min 853 dollar) məbləğində rüşvət almaqda ittiham olunur.

Vəkil bildirib ki, Mixail Yureviç hazırda müalicə olunur: “Ancaq müstəntiq məhkəmə qarşısında müvəkkilim barəsində həbs qətimkan tədbirinin seçilməsi və beynəlxalq axtarış elan olunması ilə bağlı vəsatət qaldırıb”.

İ.Trunov deyib ki, mayın 12-də Yekaterinburq şəhəri Lenin rayonu məhkəməsində məsələ ilə bağlı məhkəmə prosesi keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi