Bakı. 9 may. REPORT.AZ/ Çeçenistanın paytaxtı Qroznıda Nəzarət-Buraxılış Məntəqəsinə iki silahlının basqını nəticəsində 6 polis əməkdaşı yaralanıb. "Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikası mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, üzərlərinə qumbara və partlayıcı qurğu bağlamış iki silahlı Qroznı kənarından şəhərə daxil olmağa çalışıb: "Polislərin 6-sı onların şəhərə daxil olmasının qarşısını alarkən, yaralanıb. Asayiş keşikçilərindən 3-nün vəziyyəti daha ağırdır".
İnformasiyaya əsasən, Nəzarət- Buraxılış Məntəqəsindəki yaralanmış polislər Başqırdıstandan Çeçenistana ezam edilmiş asayiş keşikçiləridir.