Çavuşoğlu: "Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq"

Çavuşoğlu: "Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq" Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq.
Region
24 İyul , 2018 14:49
Çavuşoğlu: Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ "Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"ABŞ-dan nümayəndə heyəti gəlmişdi. Onlara bildirdik ki, bu sanksiyalarda iştirak etməyəcəyik. Biz İrandan neft alırıq, özü də əlverişli şərtlərlə. Onlar uzaqdan danışırlar, biz bu yolla getməyəcəyik", - M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp "Twitter"də böyük hərflərlə İranın ABŞ-ı təhdid etməkdə davam edəcəyi təqdirdə görünməmiş nəticələrlə üzləşəcəyini yazıb.

Son xəbərlər

Orphus sistemi