Mövlud Çavuşoğlu: "Donald Tramp Türkiyəyə sanksiya tətbiq etmək istəmir"

Mövlud Çavuşoğlu: "Donald Tramp Türkiyəyə sanksiya tətbiq etmək istəmir" Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ tərəfindən tətbiq olunması gözlənilən sanksiyaların qəbuledilməz olduğunu bildirib.
Region
22 İyul , 2019 15:01
Mövlud Çavuşoğlu: Donald Tramp Türkiyəyə sanksiya tətbiq etmək istəmir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ tərəfindən tətbiq olunması gözlənilən sanksiyaların qəbuledilməz olduğunu bildirib.

“Report” “Sabah”a istinadən xəbər verir ki, Rusiyadan aldıqları “S-400” raket sistemlərinin sülh naminə istifadə olunacağı barədə prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamasını xatırladan M.Çavuşoğlu “S-400” sistemlərilə “F-35” təyyarələrini alternativ kimi təqdim edən ABŞ dairələrilə razılaşmadıqlarını diqqətə çatdırıb.

“Biz “F-35” proqramından xaric edilməmişik, Tramp bunu istəmir və G-20 sammitində verdiyi sözü tutmaq istəyir”, - deyən M.Çavuşoğlu “F-35” proqramından kənarlaşdırılacaqları təqdirdə, başqa variantlara yönəlməyin ən təbii haqları olduğunu vurğulayıb.

“Donald Tramp Türkiyəyə qarşı sanksiya tətbiq etmək istəmir. Biz “Patriot” başda olmaqla müdafiə üçün zəruri sistemləri istəmişdik, amma bəzi faktları bəhanə edərək onları bizə vermədilər. Biz də Rusiya ilə “S-400” müqaviləsini imzaladıq. Türkiyənin müdafiə sistemi üçün bu zəruri addımdı, Tramp da bunu görür”, - deyən Türkiyənin xarici işlər naziri gələn ilin əvvəllərində quraşdıracaqları “S-400”ün “Patriot”dan daha irəli sistem olduğunu, ABŞ tərəfindən sanksiya tətbiq olunduğu halda, cavab addımlar atacaqlarını qeyd edib.

Bundan əvvəl ABŞ hökuməti “S-400” sistemlərinin idxalına başlayan Türkiyəni “F-35” qırıcı təyyarələrilə bağlı proqramdan çıxaracaqlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi