Çavuşoğlu: "Ankara ABŞ-ın S-400-lə bağlı tələblərini qəbul etməyəcək"

Çavuşoğlu: "Ankara ABŞ-ın S-400-lə bağlı tələblərini qəbul etməyəcək" Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Rusiya ilə bağlanmış müdafiə müqaviləsi üzrə mövqeyinin dəyişmədiyini bildirib.
Region
17 İyun , 2019 00:45
Çavuşoğlu: Ankara ABŞ-ın S-400-lə bağlı tələblərini qəbul etməyəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Rusiya ilə bağlanmış müdafiə müqaviləsi üzrə mövqeyinin dəyişmədiyini bildirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, o bunu bazar günü Suriya ilə həmsərhəd Hatay əyalətinə səfəri zamanı deyib.

"Ankara ABŞ-ın S-400 zenit raket komplesləri ilə bağlı tələblərini qəbul etməyəcək", - deyə XİN rəhbəri vurğulayıb.

Rusiyadan alınan S-400 sistemlərinin ilk partiyası Türkiyəyə iyul ayında tədarük olunacaq.

Son xəbərlər

Orphus sistemi