Yuxarı

Mövlud Çavuşoğlu ABŞ-a səfər edəcək

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 6-da ABŞ səfər edəcək.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Onun sözlərinə görə, M.Çavuşoğlu İŞİD-ə qarşı beynəlxalq koalisiyanın toplantısına qatılacaq.

Xatırladaq ki, ABŞ-ın Respublikaçılar Partiyasında olan senator Lindsi Qrem Suriyadakı vəziyyəti müzakirə etmək məqsədi ilə bu gün Türkiyəyə səfər edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi