Yuxarı

Çavuşoğlu: "2015-ci il Kipr münaqişəsinin həlli ili olmalıdır"

Şimali Kipr xalqına qarşı tətbiq olunan sanksiyalar - ədalətsizliyin rəmzidir

Bakı. 21 Fevral. REPORT.AZ/ "Kipr münaqişəsinin həllinə dair yekun razılaşmanın 2015-ci ildə əldə olunmasını arzu edirəm. Bu mövzuda Türkiyə ilə Şimali Kipr arasında fikir ayrılığı mövcud deyil".

"Report"un Anadolu Agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kiprli həmkarı Özdil Nami ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Çavuşoğlunun sözlərinə görə, Şimali Kiprdə iqtidarla müxalifət arasında ciddi fikir ayrılığı yoxdur, bu isə öz növbəsində dövlət əhəmiyyətli qərarların qəbulu prosesini asanlaşdırır.

"Biz hesab edirik ki, Kiprin yunan icması danışıqlar masasına qayıdmalıdır, dünya ictimaiyyəti isə Şimali Kipr xalqına qarşı tətbiq olunan sanksiyaları ləğv etməlidir. Çünkü bu məhdidiyyətlər - ədalətsizliyin rəmzidir", - deyə M.Çavuşoğlu əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi