Cavaxetiya bölgəsində 30 sakin qanunsuz saxladığı silah-sursatı təhvil verib

Cavaxetiya bölgəsində 30 sakin qanunsuz saxladığı silah-sursatı təhvil verib Bakı-Tbilisi-Ceyhan neft kəməri də bu bölgədən keçir
Region
31 Avqust , 2015 11:32
Cavaxetiya bölgəsində 30 sakin qanunsuz saxladığı silah-sursatı təhvil verib

Bakı. 31 avqust. REPORT.AZ/ Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkələki, Aspindz, Adigen və Borjom rayonlarının 30 sakini qanunsuz saxladıqları odlu silah və sursatı könüllü təhvil verib.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazriliyi məlumat yayıb.

Xəbərə görə, 8041 döyüş gülləsi, 18 ədəd çeşidli mərmi, 77 ədəd əl qumbarası, 10 ədəd avtomat darağı, 8 ədəd qundağı kəsilmiş tüfəng, 25 ədəd partlayıcı, 4 ədəd tüstüləyici bomba, bir ədəd tank əleyhinə qumbara, 9 ədəd tank əleyhinə partlayıcı-qumbara, bir ədəd tank əleyhinə mina təhvil verilib.

Faktla bağlı qanunsuz odlu silah və sursat daşıma və ya saxlama maddələri üzrə cinayət işi açılıb.

Qeyd edək ki, bu bölgə Türkiyə və Ermənistanla sərhəddə yerləşir. Bura Gürcüstanın ermənilərin sıx yaşadığı ərazilərdəndir. Ermənilər ölkənin bu hissəsinin Gürcüstandan ayrılmasına son illərdə zaman-zaman cəhdlər ediblər. Bu bölgə Axalkələki türklərinin (ahıska türkləri) dədə-baba yurdlarıdır. 1945-ci ildə onlar Stalin tərəfindən həmin ərazidən Orta Asiyaya sürgün ediliblər. Türklərin vətənə qayıdışı prosesi başa çatmayıb.

Xatırladaq ki, Bakı-Tbilisi -Ceyhan neft kəməri də bu bölgədən keçir. 

Son xəbərlər

Orphus sistemi