Çanaqqala zəfərinin 100 illiyinə həsr edilən anım tədbiri birbaşa yayımlanacaq

Çanaqqala zəfərinin 100 illiyinə həsr edilən anım tədbiri birbaşa yayımlanacaq Anım tədbirləri 23-25 aprel tarixləri arasında Çanaqqala ilə yanaşı İstanbulda da keçiriləcək
Region
23 Aprel , 2015 00:53
Çanaqqala zəfərinin 100 illiyinə həsr edilən anım tədbiri birbaşa yayımlanacaq

Bakı. 23 aprel. REPORT.AZ/ Çanaqqala zəfərinin 100 illiyinə həsr edilən anım tədbirləri birbaşa olaraq bütün dünyaya yayımlanacaq.

"Report"un Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Çanaqqala zəfərinin ildönümü ilə bağlı yaradılan xüsusi internet sayta (www.canakkale2015.gov.tr) daxil olan hərkəs canlı olaraq anım tədbirini izləyə biləcək.

Canlı yayımı həmçinin YouTube-da (www.youtube.com/c/Canakkale2015GovTr) izləmək mümkün olacaq.

Qeyd edək ki, anım tədbirləri 23-25 aprel tarixləri arasında Çanaqqala ilə yanaşı İstanbulda da keçiriləcək. Tədbirlərdə 73 ölkənim nümayəndələri iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi