​Çanaqqala zəfərinə həsr olunan tədbirdə İranı müdafiə naziri təmsil edəcək

​Çanaqqala zəfərinə həsr olunan tədbirdə İranı müdafiə naziri təmsil edəcək Hüseyn Dehqan Türkiyə rəsmiləri ilə görüşlər keçirəcək
Region
23 Aprel , 2015 18:08
​Çanaqqala zəfərinə həsr olunan tədbirdə İranı müdafiə naziri təmsil edəcək

Bakı. 23 aprel. REPORT.AZ/ İranın müdafiə naziri Hüseyn Dehqan Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün Türkiyəyə gedib. "Report" xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Xəbərə görə, İstanbul hava limanında onu İranın Türkiyədəki səfiri Əlirza Bigdeli və İstanbuldakı baş konsulu Möhsün Mürtəzayi qarşılayıb.

İranın müdafiə naziri ziyarət çərçivəsində Türkiyə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Xəbərə əsasən, Hüseyn Dehqan bu gün İstanbulda keçirilən Sülh Zirvəsinə də qatılacaq. 

Son xəbərlər

Orphus sistemi