Yuxarı
    Bağlamaq

    ​Çanaqqala savaşı Türkiyənin 81 bölgəsində yad ediləcək

    Tədbirlərdə foto sərgilər açılacaq, mərasim iştirakçıları məşhur savaşa dair hekayələri və mahnıları dinləyəcək

    Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyənin 81 bölgəsində Çanaqqala savaşının 100 illiyinə həsr edilən tədbirlər keçiriləcək.

    "Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Gənclik və İdman Nazirliyi qərar qəbul edib.

    Tədbirlər "Bir Hilal uğrunda" devizi altında fevralın 9-dan etibarən keçiriləcəck. Mərasimlər iyun ayınadək Türkiyənin 50, ilin sonunadək isə daha 31 bölgəsində gerçəkləşdiriləcək.

    Tədbirlərdə Çanaqqala savaşına aid foto sərgilər açılacaq, mərasim iştirakçıları məşhur savaşa dair hekayələri və mahnıları dinləyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi