Yuxarı
    Bağlamaq

    Çaldıranda terrorçularla atışmada 4 nəfər şəhid olub, 18 nəfər yaralanıb

    Terrorçuların zərərsizləşdirilməsi üçün havadan zərbələrlə dəstəklənən əməliyyat keçirilir

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Türkiyənin Van əyalətinin Çaldıran rayonunda Tendürek dağı böləgəsində terrorçu PKK silahlıları ilə atışma nəticəsində bir çavuş, 3 kənd qoruyucusu şəhid olub, təhlükəsizlik xidmətinin 18 əməkdaşı yaralanıb.

    "Report" Haber7-yə istinadən xəbər verir ki, yaralı hərbçi və qoruyucular xəstəxanalara yerləşdirilib.

    Məlumata görə, terrorçuların zərərsizləşdirilməsi üçün havadan zərbələrlə dəstəklənən əməliyyat keçirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi