​BVF yaxın gələcəkdə Ermənistanda iqtisadi artım gözləmir

​BVF yaxın gələcəkdə Ermənistanda iqtisadi artım gözləmir Məsud Əhməd: "Bu il Ermənistan iqtisadiyyatında çox az artım olacaq, heç olmaya da bilər"
Region
1 İyul , 2015 05:53
​BVF yaxın gələcəkdə Ermənistanda iqtisadi artım gözləmir

Bakı. 1 İyul. REPORT.AZ/ Cari ilin yekunları üzrə Ermənistan iqtisadiyyatında cüzi artım ola bilər, lakin bu heç baş verməyə də bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu proqnozu çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə İdarəsinin direktoru Məsud Əhməd İrəvana səfərinin yekununda səsləndirib.

"Bizim hazırki proqnozumuz ondan ibarətdir ki, bu il Ermənistan iqtisadiyyatında çox az artım olacaq. Ola bilsin ki, bu heç baş verməsin", - deyə Əhməd bildirib.

"Ermənistana təkcə Rusiya iqtisadiyyatının artım tempinin aşağı düşməsi və şəxsi transfertlərin azalması (bu il 40%) deyil, həm də, ixracın azalması (respublikdan) təsir göstərir", - deyə təşkilat sədri bildirib.

O, həmçinin qeyd edib ki, BVF gələn il də Ermənistanda əhəmiyyətli iqtisadi artım tempi görmür.

Onun nəzərincə, əgər Ermənistan iqtisadi artımı təmin etmək istəyirsə, o zaman böyük miqdarda investisiya сəlb etməli, xırda və orta biznesin fəaliyyətinə və investisiya cəlbinə məneəçilik törədən problemləri aradan qaldırmalıdır.

"Xüsusilə, gənclər üçün iş yerləri yaratmaq çox vacibdir ki, onlar öz ölkələrində gələcəklərini görə bilsinlər", - deyə Əhməd bildirib.

"Ermənistan kimi kiçik iqtisadiyyatı olan ölkə öz inkişafı üçün rəqabətin inkişafına əhəmiyyət verməlidir", - deyə o qeyd edib.

Bundan əvvəl BVF-nin respublikadakı daimi nümayəndəsi Tereza Deban Sançes də Ermənistan iqtisadiyyatı barədə pessimist proqnozlar vermişdi.

Son xəbərlər

Orphus sistemi