Bütün Gürcüstanın katalikos-patriarxının mühafizə xidmətinin rəisi istefa verib

Bütün Gürcüstanın katalikos-patriarxının mühafizə xidmətinin rəisi istefa verib Soso Oxanaşvili bu vəzifədə 14 il işləyib
Region
27 Fevral , 2017 18:52
Bütün Gürcüstanın katalikos-patriarxının mühafizə xidmətinin rəisi istefa verib

Bakı. 27 fevral. REPORT.AZ/ Bütün Gürcüstanın katalikos-patriarxı II İlya mühafizə xidmətinin rəisi Soso Oxanaşvili istefa verib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o, bu vəzifədən könüllü istefa verdiyini bildirib.

“Mən patriarxdan bu vəzifədən getməyim üçün xeyir-dua verməsini istədim. Biz bir az danışdıq. O razılaşdı və mənə xeyir-dua verdi. Mən də işdən çıxdım” - o vurğulayıb.

Hələlik onu bu postda Zurab Buçukurinin əvəz etdiyi bildirilsə də, rəsmi təsdiq yoxdur.

Soso Oxanaşvili bu vəzifədə 14 il çalışıb.

Xatırladaq ki, Bütün Gürcüstanın katalikos-patriarxı II İlya fevralın əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı olundqudan sonra ötən həftə ölkəsinə qayıdıb. 

Bu il fevralın 13-də Gürcüstan Patriarxlığı mülki işlər üzrə xidmət idarəsinin başçısı, Müqəddəs İoakim və Anna tibbi mərkəzinin direktoru Georgi Ata (Georgi Mamaladze) həbs edilib.

Son xəbərlər

Orphus sistemi