Bütün Gürcüstanın katalikos-patriarxının cərrahiyyə əməliyyatı uğurla keçib

Bütün Gürcüstanın katalikos-patriarxının cərrahiyyə əməliyyatı uğurla keçib Deputat Zaza Qabuniya: “O, narkozdan çıxıb, onu intensiv müalicə şöbəsinə aparırlar”
Region
13 Fevral , 2017 14:22
Bütün Gürcüstanın katalikos-patriarxının cərrahiyyə əməliyyatı uğurla keçib

Bakı. 13 fevral. REPORT.AZ/ Bütün Gürcüstanın katalikos-patriarxı II İlya fevralın 13-də Almaniyada cərrahiyyə əməliyyatı olunub.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasından olan deputat Zaza Qabuniya əməliyyatın uğurla başa çatdığını bildirib.

“Professor məmnundur və əməliyyatın vaxtında edildiyini deyir. O, narkozdan çıxıb, onu intensiv müalicə şöbəsinə aparırlar”, - deputat “Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, ona mədəaltı vəzin iltihabı diaqnozu qoyulub. II İlya, dünyəvi adı İrakli Gerogiyeviç Quduşauri-Şiolaşvili 1933-cü il yanvarın 4-də Rusiyanın Şimali Osetiya Respublikasının Vladiqafqaz şəhərində anadan olub. 1977-ci il dekabrın 23-dən isə bütün Gürcüstanın katalikosu-patriarxıdır.

Son xəbərlər

Orphus sistemi