Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyənin Bursa vilayətində Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlbir olanlara qarşı genişmiqyaslı əməliyyat keçirilib.
"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 72 nəfər saxlanılıb.
Saxlanılanlar arasında Bursanın keçmiş valisi Şəbahəddin Harput və vilayətin təhlükəsizlik idarəsinin keçmiş müdiri Əli Osman Kahya da var.