Yuxarı

Bülǝnt Arınç: "Türkiyə Misirdə demokratiya və xalq iradəsinin tǝrǝfdarıdır"

Türkiyə baş nazirinin müavini Bülǝnt Arınç Misirlə münasibətləri şərh edib

Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyə baş nazirinin müavini Bülǝnt Arınç bəyan edib ki, rəsmi Ankara Misirdə demokratiya və xalq iradəsinin bərqarar olmasının tǝrǝfdarıdır.

"Prezident Rəcəb Tayyib Ərdoğan da sıxlıqla bunları dilə gətirir. Başqa ölkələrdən də eyni mövqeyi gözləyirik amma Türkiyədǝn başqa heç bir ölkǝ bunu dilǝ gǝtirmir", deyən B.Arınç, insanların siyasi motivlərlə hǝsb edilmǝsinǝ qarşı olduğunui vurğulayıb.

Onun sözlərinə görə, Misirdə çevrilişlǝ vəzifəsindən kǝnarlaşdırılan prezident Məhəmməd Mursinin sərbəst buraxılacağı və bu ölkədə yeni seçkilərə üz tutulacağı tǝqdirdǝ Ankara ilə Qahirə sağlam əlaqələr qura bilǝr

"Report" TRT-yə istinadən xəbər verir ki, Arınç həmçinin “Müsəlman Qardaşlar” təşkilatının fəaliyyətinə toxunaraq: "Bu təşkilatın heç vaxt silah və zorakılıq seçimi etmǝdi. Belə böyük bir təşkilatın içindǝki günahkarlara bütün təşkilat ittiham edilmǝmǝlidir" dedi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi