Yuxarı

Bu tədris ilində Ermənistanı 5 838 şagird tərk edib

​Ermənistanın daimi əhalisi hər il 20 min azalır

Bakı. 5 may. REPORT.AZ/ 2014/2015-ci tədris ilində Ermənistanı 5 838 şagird tərk edib.

"Report" xəbər verir ki, bu haqda məlumatı Ermənistanın news.am xəbər saytı yayıb.

Məlumatda bildirilib ki, bu ilin yanvar-mart ayları ərzində Ermənistandan miqrasiya edənlərin sayı 27,1 min nəfər təşkil edib.

Xəbərdə bildirilib ki, bu il aprelin 1-nə olan məlumata əsasən, daimi əhalinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 min nəfər azalıb.

2011-ci ildə əhalinin siyahıya alınmasından sonra Ermənistanın daimi sakinlərinin sayının 2001-2011-ci il ərzində 194,5 min nəfər azaldığı məlum olub. Hər il Ermənistan əhalisinin sayı 20 min nəfər azalır. Məlumatda bildirilib ki, daimi qeydiyyat hələ ölkədə olmaq demək deyil və belə halda vətəndaş ilin 365 gününü ölkədə olmaya bilər: "Bu baxımdan, Ermənistandan gedənlərin və ya ölkədə olmayanların sayı statistik göstəricidən daha çoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi