Bu ilin iki ayında Ermənistana göndərilən humanitar yardımın miqdarı açıqlanıb

Bu ilin iki ayında Ermənistana göndərilən humanitar yardımın miqdarı açıqlanıb Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Ermənistana 27 milyon dollarlıq, 372 ton humanitar yardım göndərilib.
Region
3 Aprel , 2018 15:16
Bu ilin iki ayında Ermənistana göndərilən humanitar yardımın miqdarı açıqlanıb

Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Ermənistana 27 milyon dollarlıq, 372 ton humanitar yardım göndərilib.

“Report” “RusArminfo”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Milli Statistika Xidməti açıqlayıb.

Ermənistana humanitar yardım göndərən ölkələrin siyahısına ABŞ başçılıq edir. Bundan sonrakı yerləri Çin və Hindistan tutur. Ermənistana Avropa İttifaqı ölkələrindən 784 min avro dəyərində yardım göndərilib. Bu il ölkəyə MDB-yə üzv dövlətlərdən yardım göndərilməyib.

Məlumatda bildirilib ki, Ermənistana hesabat dövründə humanitar yardım çərçivəsində 12,5 milyon dollarlıq kimyəvi mal, 11,4 milyon dollarlıq istehsalat avadanlığı, 1,5 milyon dollarlıq maşın və texnika göndərilib.

Son xəbərlər

Orphus sistemi