Bakı. 20 dekabr. REPORT.AZ/ Başa çatmaqda olan ildə ağstafalı fermerlər və digər torpaq mülkiyyətçiləri 976 hektar bağda bol meyvə yetişdiriblər.
" Report" AzərTAc-a istinadən xəbər verir ki, artıq meyvə yığımı başa çatıb.
Sahibkarlar meyvə bağlarından 9 min 668 ton məhsul toplayıblar. Yığılan meyvə ötən ilin müvafiq dövrü ilə müqayisədə 143 ton çoxdur.