Bu gün ilk dəfə Çernobıl faciəsi ilə əlaqədar Ümumdünya anım günü qeyd olunur

Bu gün ilk dəfə Çernobıl faciəsi ilə əlaqədar Ümumdünya anım günü qeyd olunur "Çernobıl" AES-dəki qəzadan düz 31 il ötür
Region
26 Aprel , 2017 10:28
Bu gün ilk dəfə Çernobıl faciəsi ilə əlaqədar Ümumdünya anım günü qeyd olunur
Report.az

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün "Çernobıl" atom-elektrik stansiyasındakı (AES) qəzadan düz 31 il ötür. "Report" xəbər verir ki, qəza 1986-cı il aprelin 26-da baş verib.

Ümumiyyətlə, bu gün ilk dəfə Çernobıl faciəsi ilə əlaqədar Ümumdünya anım günü qeyd olunur. Bu, fəlakət qurbanları, nüvə qəzalarının təhlükələri və Çernobıl qəzasının uzunmüddətli nəticələrinin aradan qaldırılması üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini daim xatırlatmağa yönəlik addımdır.

Sonradan XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət olub. 31 il əvvəl AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtikən Xirosimaya atılmış bombanın 500 misli qədərində olub.

Bu nəhəng texnogen fəlakətdən 30 ildən çox zaman keçsə də, milyonlarla insan hələ də çirklənmiş ərazilərdə yaşayır.

"BMT Baş Assambleyası Çernobıl fəlakətinin uzunmüddətli nəticələri barədə məlumatlılığı artırmaq üçün 26 aprel tarixinin Çernobıl faciəsi ilə əlaqədar Ümumdünya anım günü kimi qeyd olunmasını qərara alır. Bu tarix 2017-ci ildən başlayaraq hər il qeyd olunacaq. Assambleya bütün üzv dövlətlərə, BMT-nin müvafiq orqanlarına və digər beynəlxalq təşkilatlara, eləcə də vətəndaş cəmiyyətlərinə bu günü qeyd etməyi təklif edir", - Assambleyanın ötən ilin dekabr ayında qəbul olunmuş qətnaməsində deyilir.

Son xəbərlər

Orphus sistemi