Yuxarı

​Bu gün İranın nüvə proqramı üzrə saziş imzalana bilər

Hazırda “Altılıq” və İran ciddi-cəhdlə iş aparır

Bakı. 12 iyul. REPORT.AZ/ İranın nüvə proqramı üzrə danışıqların iştirakçıları iyulun 12-də razılıq əldə etmək niyyətindədirlər.

“Report” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən RİA “Novosti” məlumat yayıb.

“Altılıq” və İran ciddi-cəhdlə iş aparır. Tərəflər iyulun 12-dək saziş imzalamağa çalışırlar”, — deyə diplomat bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi