​Bu gün ABŞ-da Rza Zərrabın məhkəməsi başlayır

​Bu gün ABŞ-da Rza Zərrabın məhkəməsi başlayır O, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar pozmaqda, bank sahəsində saxtakarlıq etməkdə, "çirkli pulları yumaqda" şübhəli bilinir
Region
27 Aprel , 2016 09:39
​Bu gün ABŞ-da Rza Zərrabın məhkəməsi başlayır

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Türkiyə vətəndaşı, tanınmış müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrabın məhkəməsi başlayır.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Nyu-Yorkun cənub bölgəsinin baş prokuroru Prit Bharara rəsmi "Twitter" səhifəsində yazıb.

"Rza Zərrab çərşənbə günü Manhattan Federal Məhkəməsində hakim Riçard Bermanın qarşısına çıxacaq", - prokuror yazıb.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar pozmaqda, bank sahəsində saxtakarlıq etməkdə, "çirkli pulları yuymaqda" şübhəli bilinir.

O, ABŞ-ın Oklahoma şəhər həbsxanasında bir həftə saxlanıldıqdan sonra təyyarə ilə Nyu-Yorka, oradan isə aprelin 27-də Manhattana gətirilib.

Xatırladaq ki, Rza Zərrab əslən Cənubi Azərbaycandandır.

Son xəbərlər

Orphus sistemi