Tramp Zurabişvilini Gürcüstan prezidenti seçilməsi münasibətilə təbrik edib

Tramp Zurabişvilini Gürcüstan prezidenti seçilməsi münasibətilə təbrik edib Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Salome Zurabişvilini Gürcüstan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Region
20 Dekabr , 2018 05:15
Tramp Zurabişvilini Gürcüstan prezidenti seçilməsi münasibətilə təbrik edib

Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Salome Zurabişvilini Gürcüstan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə Zurabişvili "facebook"da bildirib.

"Bu yaxınlarda (Zurabişvilini) Gürcüstan prezidenti vəzifəsinə seçilməsi ilə təbrik edirəm. Birləşmiş Ştatlar, Gürcüstanın ərazi bütövlüyünü, demokratik inkişafını, tərəqqisini, eləcə də Qərbə inteqrasiyasını tamamilə dəstəkləyir", - deyə məktubda bidirilir.

ABŞ rəhbəri onu da bildirib ki, iki ölkə arasında sıx əməkdaşlığın davam etdirilməsini istəyir.

Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib. 

Son xəbərlər

Orphus sistemi