Böyük ​Britaniyanın XİN başçısı Türkiyəyə səfər edəcək

Böyük ​Britaniyanın XİN başçısı Türkiyəyə səfər edəcək Filip Hammond: "Terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı gələcəkdə də gücləndirəcəyik"
Region
14 Yanvar , 2016 16:29
Böyük ​Britaniyanın XİN başçısı Türkiyəyə səfər edəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bu gün Türkiyəyə səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, F.Hammond Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüşlərdə terorçuluğa qarşı birgə mübarizə, eləcə də Suriyaya dair Londonda keçiriləcək konfransla bağlı müzakirələrin aparılacağı gözlənilir. O, Türkiyənin xarici ölkələrdəki səfirlərinin konfransında çıxış edəcək.

Yanvarın 15-də isə F.Hammond Türkiyəyə sığınan suriyalı qaçqınlar düşərgəsinə, suriyalıların "Ağ dəbilqələr" Təlim Mərkəzinə baş çəkəcək.

Xarici işlər naziri səfəri ərəfəsində bildirib ki, Böyük Britaniya terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı gələcəkdə də gücləndirəcək.

Qeyd edək ki, F.Hammond hazırda Yunanıstanda səfərdədir. 

Son xəbərlər

Orphus sistemi