Bakı. 9 mart. REPORT.AZ/ Böyük Britaniyanın müsəlman ticarət naziri Sacit Cavid bu ilin mayında İrana səfər edəcək.
"Report" xəbər verir ki, bu haqda "Financial Times" məlumat yayıb.
Məlumata görə, səfərdə onu İrana yüksək səviyyəli iqtisadi heyətin müşayiət edəcəyi planlaşdırılır.
İngiltərənin neft və təbii qaz sahəsində fəaliyyət göstərən şirkətlərinin məsul şəxsləri ilə yanaşı, sənayeçilərin də heyətlə birlikdə İrana səfəri gözlənilir.