Yuxarı

​Britaniyanın müdafiə naziri: "Rusiyadan gələn təhlükə artıb"

Maykl Fellon: Son zamanlar Rusiya silahlı qüvvələrinə xərclənən maliyyə vəsaitini artırıb və ordusunu modernləşdirib

Bakı. 24 may. REPORT.AZ/ "Rusiyadan gələn təhlükə artıb. Öz imkanlarımızı və gücümüzü nəzərə alaraq, biz buna diqqət yeriməliyik".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Maykl Fellon krallığın İcmalar Palatasının Müdafiə üzrə Komitəsinin üzvləri qarşısındakı çıxışında bildirib.

Onun sözlərinə görə, son zamanlar Rusiya silahlı qüvvələrinə xərclənən maliyyə vəsaitini artırıb və ordusunu modernləşdirib.

Nazir NATO-nun bu ilin iyulunda keçiriləcək sammitinin qərarında Alyansın hazırlığının artırılmasına dair xüsusi bənd olacağını vurğulayıb: "Bu, NATO-nun gələcəkdə istənilən təhlükəyə cavab verəcəyinin göstəricisidir".

M.Fellon onu da qeyd edib ki, Britaniyanın Avropa İttifaqına üzvlüyü Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə imkan verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi