Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyənin hava məkanını müdafiəsi haqqına hörmət etmək lazımdır.
"Report" "RİA Novosti"yə isitnadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Devid Kemeron Rusiyaya məxsus "Su-24" təyyarəsinin Türkiyənin hava sahəsində vurulmasına münasibət bildirərkən deyib.
"Faktlar hələ açıqlanmayıb. Bununla belə öz sərhədimizi müdafiə etidiyimiz kimi, Türkiyənin də hava məkanını qorumaq haqqına hörmət etməliyik", - baş nazir vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ilə Suriyaya dair həssas mövzunu müzakirə etmək üçün hələ imkan var.