​Britaniyalı diplomat: "İrana qarşı sanksiyaların ləğv edilməsinə dair prosedur gələn il başlaya bilər"

​Britaniyalı diplomat: "İrana qarşı sanksiyaların ləğv edilməsinə dair prosedur gələn il başlaya bilər" "Ölkə iqtisadiyyatına xarici sərmayənin qoyulması ilə bağlı müzakirələrə isə sanksiyanın ləğvinədək başlamaq olar"
Region
24 Avqust , 2015 16:34
​Britaniyalı diplomat: İrana qarşı sanksiyaların ləğv edilməsinə dair prosedur gələn il başlaya bilər

Bakı. 24 avqust. REPORT.AZ/ "Beynəlxalq ictimaiyyət İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsinə dair proseduru 2016-cı ilin yazında başlaya bilər".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib.

"Biz gələn ilin yazında İrana qarşı sanksiyaların ləğvinə başlanılmasından danışa bilərik", - o vurğulayıb.

Britaniyalı diplomat əlavə edib ki, İran iqtisadiyyatına xarici sərmayənin qoyulması ilə bağlı müzakirələrə isə sanksiyanın ləğvinədək başlamaq olar.

Qeyd edək ki, ötən gün Filip Hammond ölkəsinin Tehrandakı səfirliyinin açılışında iştirak edib. 

Son xəbərlər

Orphus sistemi