Britaniyadan Suriyaya gedən 3 gənc Türkiyədə saxlanılıb

Britaniyadan Suriyaya gedən 3 gənc Türkiyədə saxlanılıb 17 yaşında iki oğlan və bir də 19 yaşlı bir gənc İstanbulda polis əməkdaşları tərəfindən tutulub
Region
15 Mart , 2015 19:39
Britaniyadan Suriyaya gedən 3 gənc Türkiyədə saxlanılıb

Bakı. 15 mart. REPORT.AZ/ Suriyaya səyahət etməyə cəhd etməkdə şübhəli bilinən üç britaniyalı gənc Türkiyədə saxlanılıb. 

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, 17 yaşında iki oğlan və bir də 19 yaşlı bir gənc İstanbulda polis əməkdaşları tərəfindən tutulub. 

Məlumatı şərh edən Skotland Yard rəsmiləri bildirib ki, iki 17 yaşlı oğlanın itkin düşməsi və Suriyaya yollanması şübhələri barədə Türkiyə əvvəlcədən məlumat verilmişdi. Araşdırmalardan sonra məlum olub ki, onlar üçüncü kişi ilə artıq İstanbula yola düşüb.

Sözü gedən şəxslərin ailələri "bütün yeniliklər barədə məlumatlandırlıb".

Son xəbərlər

Orphus sistemi