Britaniyada Türkiyə vətəndaşı olan 26 iş adamının bank hesabları yoxlanılır

Britaniyada Türkiyə vətəndaşı olan 26 iş adamının bank hesabları yoxlanılır Onların Britaniya və Almaniya banklarındakı hesablarında 2 milyard avroya yaxın pul var
Region
29 Noyabr , 2016 10:19
Britaniyada Türkiyə vətəndaşı olan 26 iş adamının bank hesabları yoxlanılır

Bakı. 29 noyabr. REPORT.AZ/ Böyük Britaniya Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən Türkiyə vətəndaşı olan 26 iş adamının bank hesablarını yoxlamağa başlayıb.

“Report” "Haber-7"yə istinadən xəbər verir ki, Böyük Britaniyanın Maliyyə Araşdırma Şöbəsi Türkiyənin “Koza” Qrupunun keçmiş sahibi Akın İpek və “Asya bankı” İdarə Heyətinin sədri Ali Çelik də daxil olmaqla 26 iş adamı ilə bağlı təhqiqat aparır.

Həmin iş adamlarının Britaniya və Almaniya banklarındakı hesablarında 2 milyard avroya yaxın pul var. Həmin pullar 2013-cü il dekabrın 17-25-dən sonra Avropaya çıxarılıb.  

Son xəbərlər

Orphus sistemi