Britaniya XİN başçısı: "Rusiya ilə diplomatik münasibətlərin normallaşmasından danışmaq tezdir"

Britaniya XİN başçısı: "Rusiya ilə diplomatik münasibətlərin normallaşmasından danışmaq tezdir" Boris Conson: "Ən doğrusu qlobal məsələlərin müzakirəsini davam etdirməkdir"
Region
21 Sentyabr , 2016 12:13
Britaniya XİN başçısı: Rusiya ilə diplomatik münasibətlərin normallaşmasından danışmaq tezdir

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Britaniya ilə Rusiya arasında diplomatik münasibətlərin normallaşmasından danışmaq tezdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Boris Conson rusiyalı həmkarı Sergey Lavrovla Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsindəki görüşdə bildirib.

"Britaniya xarici işlər naziri Boris Conson aydın şəkildə bildirib ki, indiki şəraitdə fikir müxtəlifliyi Rusiya ilə Britaniya arasında diplomatik münasibətlərin normallaşacağından danışmağın tez olduğunu deməyə əsas verir. Ən doğrusu, qlobal məsələlərin müzakirəsini davam etdirməkdir", - deyə Britaniya Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirib.

Məlumata görə, nazirlər Sriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər. 

Qeyd edək ki, bu, Boris Conson nazir olduqdan sonra rusiyalı həmkarı ilə ilk görüşüdür. O, cari ilin iyul ayında Britaniyanın xarici işlər naziri təyin olunub. 

Son xəbərlər

Orphus sistemi